çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

Daha bir ölkədə çempionat yekunlaşdı

28.04.2020 11:15 Oxundu 503


Argentinada futbol mövsümü vaxtından əvvəl yekunlaşıb. 

Cempion.az xəbər verir ki, bu barədə Argentina Futbol Asssosiasiyasının prezidenti Klaudo Tapia "TNT Sports"a açıqlamasında bildirib. Tapia koronavirus pandemiyasını səbəb göstərib. 

O da bildirilir ki, iki mövsüm ərzində heç bir klub elit diviziondan enməyəcək. Lakin yüksəliş olacaq. Çünki 2021/2022 mövsümündə elitada klubların sayı 24-dən 28-ə çatdırılacaq. Digər liqalar arasında mübadilə məsələsi isə gələcəkdə həllini tapacaq.