cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

"Barselona" klubu oyunçularını məcbur etməyəcək

28.04.2020 13:14 Oxundu 821


Futbol üzrə İspaniya çempionatı bərpa olunarsa, "Barselona” futbolçularının oyunlarda iştirak etməmək hüququ var.

Cempion.az Sport.es saytına istinadən xəbər verir ki, "göy-qırmızılar”ın tibbi heyəti hesab edir ki, koronavirusa yoluxma riski yüksək olaraq qalır və futbolçuların pandemiya dövründə meydana çıxıb-çıxmamaq barədə qərar vermək hüququ olmalıdır.

Kataloniya klubunun rəhbərliyi isə ölkənin səhiyyə orqanları tərəfindən müvafiq sanitar şəraitin yaradılmayacağı təqdirdə, oyunlardan tamamilə imtina etmək variantını nəzərdən keçirir.