bazar ertəsi, 02 iyun 2025

DÜNYA FUTBOLU

"Barselona" daha bir futbolçu ilə yollarını ayırır

28.04.2020 15:00 Oxundu 816


"Barselona” və "Yuventus" klubları arasında oyunçu mübadiləsi baş tuta bilər.

Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniçi əldə etmək istəyir.

Əvəzində isə "Barsa"nın 28 yaşlı müdafiəçisi Serxi Roberto karyerasını İtaliyada davam etdirə bilər.

Hazırda futbolçuların mübadiləsi haqqında danışıqlar aparılır.