bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

Premyer Liqada dəyişiklik ola bilər

28.04.2020 15:44 Oxundu 879


İngiltərə Premyer Liqasında yarımçıq qalmış mövsümün bərpasından sonra komandalara bir oyun ərzində beş əvəzetməyə icazə verilə bilər.

Cempion.az xəbər verir ki, bu barədə "The Sun” məlumat yayıb.

Qərara səbəb kimi uzun müddət yaşıl meydanlardan kənarda qalan futbolçuların fiziki vəziyyətlərinin yüksək səviyyədə olmaması və bununla bağlı yaranan zədələnmə riski göstərilib.

Bundan əlavə, bəzi klublarda oyunçuların orta yaş həddi kifayət qədər böyükdür ki, bu da sıx cədvəl şəraitində matçların nəticələrinə təsir edəcək.

Sözügedən müvəqqəti tədbirin FİFA tərəfindən təklif edildiyi qeyd olunur.