bazar, 25 may 2025

DÜNYA FUTBOLU

"Arsenal" klubu məşqlərə başladı

28.04.2020 17:03 Oxundu 850


İngiltərənin "Arsenal" klubu koronavirus pandemiyasının yayılmasından sonra ölkədə məşqləri bərpa edən ilk komanda olub.

Cempion.az yerli mətbuata istinadən məlumatına görə, London təmsilçisinin futbolçuları bu gün klubun bazasında sosial məsafə qaydalarına uyğun fərdi məşq ediblər.

Hazırlıq prosesində Aleksandr Lyakazett, David Luiz və Qranit Caka kimi futbolçular da iştirak ediblər.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının oyunları iyunun 8-dək təxirə salınıb.