29.04.2020 14:00
854


"Neftçi" növbəti mövsümdən futbolçuların maaşını azalda bilər.
Cempion.az-a daxil olan məlumata görə, buna səbəb büdcənin azaldılması təhlükəsidir.
İş ondadır ki, "Türk Hava Yollar" koronavirus səbəbindən kluba maliyyə yardımı ayıra bilmir. Neftin qiymətinin kəskin ucuzlaşması SOCAR-dan gələn gəlirin də azalmaq ehtimalının yüksək olduğunu deməyə əsas verir. Odur ki, hazırda bu məsələ ilə bağlı müzakirələr gedir. Büdcə azaldılsa, bununla bağlı futbolçulara da məlumat veriləcək.