
Kopenhagen 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarına ev sahibliyi etməkdən imtina edə bilər. .
Cempion.az xəbər verir ki, Kopenhagen, koronavirus pandemiyasına görə 2021-ci ilə köçürülmüş Avropa çempionatında "C" qrupunun üç matçını qəbul etməlidir.
Lakin 2021-ci ilin iyulun əvvəlində Danimarkada məşhur "Tur de Frans" velosiped yarışının üç mərhələsi keçirilməlidir. Veloyürüş Kopenhagendə başlayacaq, ikinci mərhələsi Roskill və Nüborq arasında, üçüncüsü isə Vayle və Sennerborq şəhərləri arasında keçiriləcək.
Danimarka Futbol İttifaqının rəhbəri Yesper Meller ölkəsinin AVRO-2020 matçlarını qəbul edə biləcəyinə əmin olmadığını bildirib. "Avropa çempionatının oyunlarını qəbul edə bilib-bilməyəcəyimiz faktı bizi hələ də narahat edir.
Mənim fikrimcə, onların keçirilməsi ehtimalı əllinin əlliyədir. Bütün tərəflər müsbət əhval-ruhiyyədədirlər. Amma AVRO matçlarının keçiriləcəyinə əmin olmamışdan qabaq həll edilməli olan bəzi problemlər var", - deyə Meller bildirib.