çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

İngiltərə Premyer Liqası iyunda bərpa oluna bilər

29.04.2020 17:00 Oxundu 702


Koronavirusa görə dayandırılımış İngiltərə Premyer Liqası iyunun 13-də bərpa edilə bilər.

Cempion.az "Mirror"a istinadən xəbər verir ki, liqa rəhbərliyi artıq çempionatın davamının müddəti barədə klublara məktubla müraciət edib.

Böyük Britaniya hökümətinin bununla bağlı qərar verəcəyi gözlənilir. Mayın 1-i Premyer Liqa klublarının videokonfransı olacağı və bu məsələnin müzakirə ediləcəyi bildirilib.

Qeyd edək ki, Premyer Liqa 29-cu turda dayandırılıb. Turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" (57) 2-ci, "Lester" (53) 3-cü, "Çelsi" (48) 4-cü, "Mançester Yunayted" (45) 5-cidir.