cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

​XXI əsrin ən yaxşıları

29.04.2020 18:26 Oxundu 803


XXI əsrin ən yaxşı futbolçuları açıqlanıb.

Cempion.az xəbər verir ki, ən yaxşılar ELO sistemi ilə müəyyənləşib.

Hesablamalarda futbolçularım oyuna təsiri qollar, məhsuldar ötürmələr, həmçinin rəqiblərin və turnirlərin səviyyəsi nəzərə alınıb. İspaniya "Barselona”sının argentinalı futbolçusu Lionel Messi və İtaliya "Yuvenus”unun portuqaliyalı oyunçusu Kriştianu Ronaldo eyni xala malik olub. Amma Messi əlavə göstəricilərdə birinci yeri tutub. İlk "üçlüy”ü Fransa yığmasının sabiq üzvü Tyerri Anri qapayıb.

XXI əsrin 10 ən yaxşı futbolçusu

1. Lionel Messi – 100
2. Kriştianu Ronaldo – 100
3. Tyerri Anri – 98
4. Luis Suares – 97
5. Zlatan İbrahimoviç – 97
6. Harri Keyn – 97
7. Məhəmməd Salah – 97
8. Neymar – 96
9. Robert Levandovski – 96
10. Radamel Falkao - 95