30.04.2020 11:31
788

“Tottenhem”in futbolçusu Tanquy Ndombelenin komandadakı gələcəyi bəlli olub.
Cempion.az xəbər verir ki, London təmsilçisi 23 yaşlı futbolçunu satmaq istəyir. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Ndombelenin baş məşqçi Joze Mourinyo ilə fikir ayrılığının olması və tez-tez zədələnməsi “Tottenhem” rəhbərliyini narahat edir. Londonlular mövsümün sonunda fransız yarımmüdafiəçini satmağı düşünür.
Qeyd edək ki, 2019-cu ilin yayında “Tottenhem”ə keçən Ndombele ilə “Barselona” yaxından maraqlanır.