çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

Saviola: "Messi və Suarezlə oynamaq asan deyil"

30.04.2020 16:07 Oxundu 823

Bir vaxtlar "Barselona" forması geyinən keçmiş futbolçu Xavier Saviola, "İnter"in ulduz oyunçusu Lautaro Martinezin transfer xəbərləri haqqında danışıb.

Cempion.az xəbər verir ki, sabiq "Barselona"lı bunları deyib: "Martinez "Barselona" üçün yaxşı transfer olar. Ətrafında Messi və Suarez kimi dünya ulduzları olacaq amma onlarla bir yerdə oynamaq asan deyil".

38 yaşındakı Saviola sözlərinə bu cür davam edib: "Arqentinalı hücumçu ilə bir klubda mübarizə aparmaq üçün ilk öncə onun surətinə çatmaq lazımdır. Bu da asan bir şey deyil".

Qeyd edək ki, Martinez "İnter" forması ilə 31 oyuna çıxıb və 16 qol vurub.