cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

"Barselona” 19 yaşlı futbolçuya elçi düşüb

01.05.2020 11:12 Oxundu 550


İspaniyanın "Barselona” futbol klubu Niderlandın "AZ Alkmar”klubunun gənc hücumçusu Miron Boadyunu transfer etməyə çalışır.

Cempion.az xəbər verir ki, "Mundo Deportivo” nəşri yazır ki, "Barselona” rəhbərliyi M.Boadyunu "İnter”dən almaq istədiyi digər hücumçu - Lautaro Martinesə alternativ kimi görür.

M.Boadyu bu mövsüm Niderland çempionatında keçirdiyi 39 oyunda 20 qol vurub, 13 məhsuldar ötürmə edib. Hazırda futbolçunun bazar qiyməti 18 milyon avrodur.

Gənc olmasına baxmayaraq, o, Niderland millisində oynamaq fürsəti də əldə edib.