01.05.2020 12:00
486

UEFA-nın Tibbi Komitəsinin rəhbəri Tim Meyerin koronavirus pandemiyası şəraitində çempionatların bərpası ilə bağlı hesabat verib.
Cempion.az xəbər verir ki, O, yarışların bərpasının yalnız iştirakçıların sağlamlığına zəmanət verən tövsiyələrə riayət etməklə mümkün olduğunu bildirib.
Həkim bildirib ki, yarışlarını bərpa etməyi planlaşdıran bütün futbol qurumları iştirakçıların sağlamlığını qoruyan sanitariya şərtlərini təmin edən ətraflı protokollar hazırlayacaqlar:
"Bu şərtlər altında və yerli qanunlara tam uyğun olaraq, şübhəsiz ki, yarışların yenidən başlamasını planlaşdırmaq olar".