cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Kuarejma karyerası haqqında qərar verib

01.05.2020 12:46 Oxundu 458


Mövsümün əvvəlində "Beşiktaş”dan "Kasımpaşa”ya transfer olan ulduz futbolçu Rikardo Kuarejma karyerası haqqında qərar verib.

Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı futbolçu vətəni Portuqaliyaya qayıdıb karyerasına son qoymaq istəyir.

"Porto”ya qayıtmaq və karyeramı orada bitirmək istəyirəm. Amma buna təkbaşına qərar verə bilmərəm. "Kasımpaşa” ilə bu mövzuda görüşdükdən sonra dəqiqləşdirə bilərəm. Nə olacağını zaman göstərəcək”.

Qeyd edək ki, təcrübəli cinah oyunçusu ötən il Bakıya səfərində karyerasını "Beşiktaş”da bitirmək istədiyini açıqlamış, lakin klubun həmin dövrdəki prezidenti Fikret Ormanla arasında yaşanan anlaşmazlıqdan sonra "ağ-qara”ları tərk etmişdi.

Professional karyerasına "Sportinq”də başlayan Kuarejma daha sonra "Barselona”, "Porto”, "Milan”, "Çelsi” kimi dünyaca məşhur komandaların formasını geyinib. Karyerası ərzində ən çox "Beşiktaş” forması geyinib – 6 il.

Kuarejma həm də ulduz futbolçu Kriştiano Ronaldonun yaxın dostu olaraq bilinir.