cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

"Bavariya" baş məşqçi ilə müqaviləni yenilədi

01.05.2020 13:35 Oxundu 470


Almaniyanın "Bavariya" klubu baş məşqçi Hans Fliklə yeni müqavilə imzalayıb.

Cempion.az " Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssisin sözləşməsinin müddəti 2023-cü ilin yayınadək uzadılıb.

Onun Bundesliqa klubu ilə əvvəlki müqaviləsi cari mövsümün sonuna qədər idi.

Qeyd edək ki, Hans Flik "Bavariya"nın baş məşqçisi vəzifəsində xorvatiyalı Niko Kovaçı əvəzləyib.