cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Mozes "İnter"də qalmayacaq

01.05.2020 16:00 Oxundu 493


"Fənərbaxça" ilə müqaviləsini ləğv edib "İnter"ə yollanan Viktor Mozesin İtaliyada qalmayacağı barədə xəbərlər yayılıb.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, nigeriyalı cinah oyunçusu 12 milyon avroluq bonservisindən istifadə etməyəcək. Eşli Yanq ilə birlikdə transfer edilən Mozes mövsüm sonunda yenidən İngiltərənin "Çelsi" klubunayollanacağı bildirilir.

Qeyd edək ki, "İnter" forması ilə 7 oyuna çıxan nigeriyalı bu qarşılaşmalarda 1 qol otürməsi ilə yadda qalıb.