cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

“Ayaks”ın qapıçısı klubdan ayrılmaq istəyir

01.05.2020 17:30 Oxundu 441


Son vaxtlar adı müxtəlif klublarla yanaşı çəkilən “Ayaks”ın qapıçısı Andre Onana komandadan ayrılmaq istədiyini təsdiqləyib.

Cempion.az xəbər verir ki, “Algemeen Dagblad”a danışan 24 yaşlı qolkiper, “Ayaks”dan ayrılmaq ehtimalı ilə bağlı bunları deyib:

“Məni səhv anlamayın, “Ayaks”dan çox razıyam və kluba minnətdaram. Burda möhtəşəm beş il keçirdim, amma artıq növbəti addımı atmağın vaxtıdır. Nə olacağını bilmirəm, ancaq hədəflərim və istəklərim bəllidir”.

Qeyd edək ki, “Çelsi” və “Barselona”nın Onana ilə maraqlandığı bildirilir.