cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Timo Verner: "Bavariya"ya transfer olmaram"

02.05.2020 13:14 Oxundu 643

"Leipziq"in ulduz futbolçusu Timo Verner maraqlı açıqlama verib.

Cempion.az xəbər verir ki, "Bild"ə açıqlama verən almaniyalı Verner bunları deyib: "Bavariya" çox məşhur bir klubdur. Bu klub haqqında nəsə danışmağa ehtiyyac yoxdur. Ayrıca, baş məşqçi Hansi Flik də özünü burda sübut etdi. Ancaq, mövzü "Bavariya"ya transfer olmaqsa... Bu kluba transfer olmaqdansa, ölkə xaricində bir kluba gedərəm".

Daha sonra futbolçu bunları qeyd edib: "Sadəcə, Bundesliqa da kulub dəyişdirəcəyimə başqa bir liqdə, başqa bir maceraya qoşulmaq mənə maraqlı gəlir. Gedəcəyim komanda da ən əsas rolu oynamaq istəyirəm. Bu hissləıri mənə verəcək bir kuluba da yox demərəm".

Xatırladaq ki, "Leipziq"lə müqaviləsini 2023 - cü ilə qədər uzadan Vernerin adı "Barselona" və "Liverpul" ilə çəkilir.

Qeyd edək ki, 24 yaşındakı futbolçu çıxdığı 24 çempionat oyununda 21 qol vurub, 7 məhsuldar ötürmə edib.