cümə axşamı, 15 may 2025

DİGƏR NÖVLƏR

Daha bir yarış təxirə salındı

02.05.2020 15:36 Oxundu 437


2021-ci ildə keçirilməsi planlaşdırılan Dünya Çimərlik Oyunları təxirə salınıb. 

Cempion.az "Reuters" ə istinadən xəbər verir ki, yarış 2023-cü ildə olacaq. 

Qərar idmançıların 2021-ci ilə təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarına hazırlaşması üçün qəbul olunub. 

Qeyd edək ki, ötən il Dünya Çimərlik Oyunları Qətərdə baş tutub. Yarışa 7 idmançı ilə qatılan Azərbaycan komandası 5 medal qazana bilib. Növəbti yarış üçün Hon Konq və ABŞ namizədliyini irəli sürüb.