çərşənbə axşamı, 31 mart 2026

DÜNYA FUTBOLU

"Yuventus"u "Barselona"ya dəyişir

02.05.2020 17:15 Oxundu 536

İtaliyanın "Yuventus" klubunun yarımmüdafiəçisi Miralem Pyaniç "Barselona"nın maraq dairəsindədi.

Cempion.az "Marca"ya istinadən xəbər verir ki, Pyaniç "Barselona"ya keçməyin əleyhinə deyil. O, Lionel Messi ilə birlikdə oynamaq şansını qaçırmaq istəmir.

Orta xətti gücləndirmək istəyən katalon klubunun prioritetinin bosniyalı futbolçu olduğu bildirilir. Xüsusilə də Pyaniçin nadir hallarda zədələnməsi "Barsa" rəhbərliyinin diqqətini çəkib.