cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Mancukiç İstanbul nəhənginin hədəfində

02.05.2020 18:25 Oxundu 476

Radamel Falkaonun əməkhaqqının azaldılmasına razılaşmaması "Qalatasaray”ın yeni ulduz hücumçu axtarışlarına çıxmasını şərtləndirib.
 
Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhənginin çalışdırıcısı Fatih Terim daha uyğun şərtlər qarşısında komandaya böyük fayda verə biləcək forvard tapıb.

O, bu ilin yanvarından Qətərin "Əl-Duhail” klubunda oynayan Mario Mancukiçi istəyir. Qardaş ölkənin mətbuatına inansaq, 33 yaşlı Mancukiç də Qətərdə xoşbəxt deyil və bu çağırışı müsbət dəyərləndirməyə hazırdı.