cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

"Sassuolo” və "Bolonya” məşqlərə başlayır

03.05.2020 10:25 Oxundu 460

İtaliya A Seriyasında çıxış edən "Sassuolo” və "Bolonya” məşqlərə başlayacaqları tarixi açıqlayıb.

Cempion.az xəbər verir ki, bu varədə klubların rəsmi saytı məlumat yayıb.

"Sassuolo” komandanın mayın 4-dən etibarən klubun bazasında fərdi məşqləri bərpa edəcəyini bəyan edib. Futbolçular yalnız açıq məşq sahələrində, sosial məsafəni qorumaq şərtilə hazırlıq keçəcəklər. Paltardəyişmə otaqları, idman zalları və ofisə giriş isə qadağan olunacaq.

"Bolonya" mayın 5-dən etibarən məşqlərə start veriləcəyini açıqlayb. Bu komandada eyni şərtlər altında məşq edəcək. Klubun məşqçi və texniki heyətinin hazırlıq prosesində iştirak etməyəcəyi bildirilib.

Qeyd edək ki, İtaliyada  mayın 4-dən futbolçuların fərdi, 18-dən isə qrup şəklində məşq etməsinə icazə verilib.