cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Kevin de Bruyne: "2 illik cəza burada qalmaq üçün uzun bir vaxtdır"

03.05.2020 14:00 Oxundu 504

"Mançester Siti"nin belçikalı ulduz futbolçusu Kevin de Bruyne UEFA-dan gələn cəza səbəbinə görə klubdan ayırıla biləcəyini açıqlayıb.

Cempion.az xəbər verir ki, Het Laatste Niuews qəzetinə açıqlama vcerən futbolçu bunları deyib: "Klub bizə verilən cəzaya etiraz edəcəklərini və bu qərarın ləğv ediləcəyini bildiriblər. Bu səbəbdən hələ də nələr olacağını gözləyirəm. Klubuma olan inamım sonsuzdur. 2 illik cəza burada qalmaq üçün uzun bir vaxtdır. Bir il cəza verilərsə nəsə düşünə bilərəm".

Qeyd edək ki, "Mançester Siti" klubu fair-play qaydalarını pozduğu üçün UEFA-dan men və 30 milyon avro cəza alıb.