
Mövsümün mümkün başlanmasına hazırlıq çərçivəsində "Barselona”nın futbolçuları koronavirus testindən keçəcəklər.
Cempion.az “Marca”ya istinadən xəbər verir, koronavirus testi mayın 6-da baş tutacaq.
Əgər nəticələr qənaətbəxş olsa, oyunçular fizioterapevtlərin müşahidəsi əsasında fərdi məşqlərə başlaya biləcəklər. Bu halda oyunçular paltarlarını evdə dəyişəcəklər və evdə duş qəbul edəcəklər.
Hazırlığın ikinci mərhələsində oyunçular öz ailə üzvləri ilə əlaqələrdən çəkinərək kiçik qruplar tərkibində məşq edə biləcəklər. Üçüncü mərhələdə futbolçulara 14 nəfərdən çox olmayan qruplar şəklində məşqlərə icazə veriləcək.
Lakin bütün bunlar yalnız İspaniyada koronavirus epidemiyasının miqyası azaldıqda aktual olacaq. Belə olarsa, La Liqa məşqlərin başlanğıcından 1 ay sonra başlaya bilər.