cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Nzonzi yeni anlaşmaya imza atıb

03.05.2020 18:25 Oxundu 503

Fransanın "Renn" klubu "Roma"dan mövsümün sonuna qədər icarəyə götürdüyü Stiven Nzonzi yeni anlaşmaya imza atıb.
 
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Liqa 1-də mövsüm vaxtından əvvəl başa çatdırıldığı üçün "qırmızı-qaralar" 3-cü pillənin sahibi kimi Çempionlar Liqasına vəsiqə qazanıb. Bu səbəbdən klub Fransa millisinin üzvünü daha bir mövsüm icarəyə götürüb.

Qeyd edək ki, cari mövsümün ilk yarısını icarə əsasında "Qalatasaray"da keçirən 31 yaşlı yartımmüdafiəçi bu qış "Renn"ə keçib. Onun "Roma" ilə olan müqaviləsinin müddəti 2022-ci ilin yayında bitəcək.