cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Almaniyalı qolkiper "Beşiktaş"dan ayrıldı

04.05.2020 16:04 Oxundu 476


Loris Karius Türkiyənin "Beşiktaş" klubu ilə yollarını ayırıb.

Cempion.az "A Spor"a istinadən xəbər verir ki, almaniyalı qapıçı "qara qartallar"la müqaviləsinə birtərəfli şəkildə xitam verib.

27 yaşlı qolkiper klubdan oynamadığı ayların məvacibini tələb etdiyi üçün rəhbərlik onunla vidalaşmağa qərar verib.

Qeyd edək ki, Loris Karius 2018-ci ilin yayında "Liverpul"dan icarə əsasında "Beşiktaş"a keçib.