cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Messi ilə yeni müqavilə imzalamaq üçün danşıqlar başlayır

04.05.2020 17:05 Oxundu 478

İspaniyanın "Barselona” klubu argentinalı hücumçusu Lionel Messi ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başlamağa hazırlaşır.

Cempion.az "Marca” nəşirinə istinadən xəbər verir ki, arqentinalı ulduz futbolçunun müqavilə müddəti 2021-ci ilin yayında başa çatacaq. Messi ilə yeni müqavilə imzalamaq üçün danışıqlara yaxın günlərdə start verəcəklər.

Kataloniya təmsilçisinin rəhbərliyi digər əsas oyunçusu - uruqvaylı Luis Suares ilə də müqavilənin müddətini uzatmaq fikrindədir. Uruqvaylı hücumçunun da "Barselona” klubu ilə müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq.