cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

"İnter"də başlayır

04.05.2020 19:17 Oxundu 498


Milan "İnter"i komandanın futbolçularının fərdi məşqlərə qayıdışını elan edib.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Klubun birinci komandasının oyunçuları fərdi məşğuliyyətlərə görə “Appiano-Djentile”də məşq mərkəzindən istifadə edə bilərlər. Kompleksin tibbi və texniki korpuslarından başqa mərkəzin bütün qalan yerləri idmançıların təhlükəsizliyinin təmin olunması üçün bağlı qalacaq", - klubun bəyanatında deyilir.

Daha əvvəl "Roma" futbol klubu da hakimiyyət orqanlarından icazənin alınmasından sonra mayın 6-dan rəsmən yenidən məşq prosesinə başladığını elan edib. 

Qeyd edilir ki, “Latsio” da həmçinin məşqlərə başlaya bilər.