cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

UEFA prezidentindən açıqlama

05.05.2020 11:11 Oxundu 514


"Koronavirusu məğlub edəcəyik, amma hələlik futbol müsbət enerji verə bilər". 

Cempion.az xəbər verir ki, bunu UEFA-nın prezidenti Aleksander Çeferin "Nova.rs" nəşrinə açıqlamasında deyib. 

Sloveniyalı funksioner bildirib ki, virus dünyanın zəifliyini anlamağa məcbur edib. Onun sözlərinə görə, futbol qayıtmasa, insanların normal həyata dönüş hissləri olmayacaq: "Futbol dəyişəcəkmi? Bəli, amma bu, müvəqqəti dəyişiklik olacaq. Futbol epidemiya və müharibələrdən sağ qurtulub. Bizim bildiyimiz idman növünə qayıdacağını da görəcəksiniz. Ölkə rəhbərləri addımlar atmağa başlayanda futbolçular bütün testləri keçərək azarkeşlərsiz meydana geri dönəcəklər". 

Qeyd edək ki, Belarus Yüksək Liqası istisna olmaqla, Avropanın bütün ölkələrində çempionatlar koronavirus pandemiyası üzündən dayandırılıb.