05.05.2020 13:20
522

Maykl Essyenin “Səbail”dəki məvacibi məlum olub.
Cempion.az “ghanasoccernet.com” saytına istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi Bakı klubunda illik 250 min avro qazanır. Essyen, “Səbail”də ən çox maaş alan futbolçudur.
Karyerası ərzində “Lion”, “Real”, “Çelsi” kimi klublarda da çıxış edən Essyen, 2019-cu ilin martından “Səbail”dədir.