cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Mbappeyə yeni müqavilə təklifi

05.05.2020 14:26 Oxundu 510


Fransanın PSJ klubu hücumçusu Kilian Mbappeyə yeni müqavilə təklif edib.

Cempion.az “Lequipe”yə istinadən xəbər verir ki, Paris klubu fransalı futbolçuya ikiqat məvacib artımı ilə müqaviləsinin uzadılmasını təklif edib. PSJ-nin Mbappeyə həftəlik 683 min avro məvacib vəd etdiyi bildirilir. Bu, komandanın digər hücumçusu Neymarın məvacibi ilə eynidir.

“Real”ın hədəfində olduğu deyilən Mbappenin yeni müqavilə təklifinə müsbət yanaşdığı bildirilir.

21 yaşlı futbolçunun PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.