cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Premyer Liqanın bərpa tarixi müəyyənləşdi

05.05.2020 15:32 Oxundu 486


Koronavirus pandemiyası səbəbiylə dayandırılan İngiltərə Premyer Liqasının bərpası ilə bağlı son tarix məlum olub.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, liqa rəhbərliyi çempionatı avqustun 2-dək sonlandırmaq üçün qalan turların oyunlarını 7 həftə içərisində keçirməli olacaq. Beləliklə, çempionatı bərpa etmək üçün son tarix olaraq iyunun 19-u müəyyənləşdirilib. Oyunlar bu tarixədək keçirilə bilməsə, liqa rəhbərliyi mövsümün vaxtından tez yekunlaşdırıldığını açıqlayacaq.

Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinə 82 xalla “Liverpul” başçılıq edir.