05.05.2020 16:07
492


İspaniyanın Madrid "Real”ı və "Barselona” klubları 16 yaşlı futbolçu uğrunda mübarizəyə girişib.
Cempion.az "As” nəşrinə istinadən xəbər verir ki, əzəli rəqiblər Portuqaliyanın "Vitoriya” klubunun gənc və istedadlı forvardı Erkulanu Nabiananı transfer etmək istəyir.
Qeyd edək ki, PSJ-nin də diqqətdə saxladığı Erkulanu Portuqaliyanın U-17 millisində 7 oyuna çıxıb və 4 qol vurub. "Vitoriya"nın gənclərdən ibarət komandasında 43 qolla yadda qalan hücumçu xarici görünüşü və oyun tərzinə görə "yeni Lukaku" adlandırılır.