05.05.2020 17:00
485


İspaniyanın "Real Madrid" klubu Paul Poqbanı transfer etmək istəyir.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "kral" klubu bu yay fransalı yarımmüdafiəçi üçün "Mançester Yunayted"ə 70 milyon avro təklif etməyə hazırlaşır.
Xəbərdə bildirilir ki, Ule Qunnar Sulşer isə komandanın yarımmüdafiə xəttininin özəyini Poqba və Bruno Fernandes ikilisi ilə təşkil etmək istəyir.