cümə axşamı, 15 may 2025

BİZİM FUTBOL

"Region Liqası" komandası karantini necə keçirir?

05.05.2020 18:02 Oxundu 546


“Fərdi qaydada məşqlərə evdən davam edirik“.

Cempion.az xəbər verir ki, bu sözlər Region Liqasında mübarizə aparan "Mil"in baş məşqçisi Elnur Səfərova məxsusdur.

Mərkəz zonasında qüvvəsini sınayan İmişli klubunun çalışdırıcısı xüsusi karantin rejimindəki hazırlıqdan danışıb. “Futbol komanda oyunu olduğu üçün futbolçuların evdə etdikləri fərdi məşqlər elə də effektiv olmur.

Xüsusi karantin rejimi bitən kimi kollektiv şəkildə məşqlərə başlamağı planlaşdırırq. Xüsusi ilə nəfəslərini tənzimləmələri üçün uzun məsafədə qaçmaları lazımdır”.