bazar, 21 dekabr 2025

BİZİM FUTBOL

AFFA "Qəbələ"nin sabiq baş məşqçisinə iş verəcək - EKSKLÜZİV!

05.05.2020 12:00 Oxundu 623

"Qəbələ"nin sabiq baş məşqçisi Sənan Qurbanov bundan sonra AFFA-da çalışacaq.

Cempion.az-a daxil olan məlumata görə, Qurbanov pandemiya dövründən əvvəl federasiyaya gedərək Elxan Məmmədovla görüşmüş və ondan iş istəmişdi.

İcraçı vitse-prezident də Qurbanova iş söz vermişi. Əldə etdiyimiz məlumata görə, "Qəbələ"nin sabiq baş məşqçisi karantin dövrü bitəndən sonra AFFA-da işə başlayacaq. Onun aşağı yaş qruplarından ibarət milli komandaların birində çalışacağı gözlənilir.