bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

Çempionlar Liqası üçün Vedat Muriç hazırlığı

05.05.2020 20:08 Oxundu 559

"Fenerbaxça"lı Vedat Muriçi heyətinə cəlb etmək istəyən klublar transfer mövsümünün başlanmasını gözləyir.

Cempion.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Çempionlar Liqasında iddialı bir komanda qurmaq istəyən "Latsio" klubu "Zenit"dən Artem Dzyuba, "Gent"dən Lanis Hacı, "Real Zaraqoza"dan Luis Suarezi və "Fənərbaxça"da çıxış edən Vedat Muriçi heyətinə cəlb etmək istəyir.

Xəbərdə bildirilir ki, Premyer Liqa klublarından olan "Tottenhem" də kosovalı hücumçusu ilə maraqlanır.

Qeyd edək ki, Fənərbaxça klubu Muriç üçün 20 milyon avro transfer qiyməti qoyub.