cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Verner ingilis klublarının hədəfində

06.05.2020 13:26 Oxundu 495


Almaniyanın "RB Leypsiq” klubunun hücumçusu Timo Verner İngiltərə Premyer Liqasına keçmək niyyətindədir.

Cempion.az "Bild”ə istinadən xəbər verir ki, "Liverpul” klubu ilə birgə "Çelsi” və "Mançester Yunayted” oyunçuya maraq göstərir.

Qeyd etmək lazımdır ki, hər üç klub artıq futbolçunun agenti Karl-Hayns Fersterlə əlaqə saxlayıb.

Hücumçunun özü isə Yurgen Klopp səbəbindən Mersisayd klubuna keçmək istəyir.