cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Rodriqez klubunu dəyişmək istəyir

06.05.2020 14:33 Oxundu 485

"Real Madrid” klubunun kolumbiyalı hücumçusu Xames Rodriqez karyerasını "Atletiko Madrid” komandasında davam etdirmək istəyir.

Cempion.az xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo” nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, "Atletiko Madrid” klubu futbolçunu keçən transfer pəncərəsində heyətinə qatmaq istəsə də, "Real”ın prezidenti Florentino Peres onu satmaqdan imtina etmişdi.

Xatırladaq ki, X.Rodriqezin "Real Madrid” klubu ilə müqaviləsi 2021-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Cari mövsümdə yeddi oyunda meydana çıxan kolumbiyalı futbolçu bir dəfə fərqlənib.