çərşənbə axşamı, 31 mart 2026

DÜNYA FUTBOLU

"Fənərbağça"nın futbolçuları testdən keçdilər

06.05.2020 16:15 Oxundu 545


Türkiyənin "Fənərbağça" klubu koronavirus pandemiyası dövründə bu gün ikinci məşqinə çıxıb.

Cempion.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanın üzvləri hazırlıq prosesindən öncə koronavirus testindən keçiblər.

Ardınca isə futbolçular "Can Bartu" bazasında sosial məsafə qaydalarına uyğun məşq ediblər.

Qeyd edək ki, Türkiyə Superliqasının oyunları martın 19-da dayandırılıb.