cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Robben Brazilyada çıxış edə bilər

06.05.2020 17:06 Oxundu 491


Almaniyanın "Bavariya" klubunun sabiq futbolçusu Aryen Robben karyerasını Braziliyanın "Botafoqo" komandasında bərpa edə bilər. 

Cempion.az xəbər verir ki, bu barədə Braziliya təmsilçisinin vitse-prezidenti Rikardo Rotenberq "Globoesporte.globo.com" saytına açıqlama verib. 

Funksioner 35 yaşlı yarımmüdafiəçi ilə danışıqlar apardıqlarını təsdiqləyib. O, Robbeni əla futbolçu adlandırıb: "Əlbəttə risk var, çünki uzun müddət oynamayıb. Lakin çalışdım, klubumuzun onunla maraqlandığını bildikdə mənə cavab verdi. Özü də bizdə oynamaqda maralıdıir".

Qeyd edək ki. Aryen Robben 2019-cu ilin yayında karyerasını bitirdiyini açıqlayıb. O, “Bavariya”dan başqa, Hollandiyanın “Qroningen”, PSV, eləcə də İngiltərənin “Çelsi” və İspaniyanın “Real Madrid” klublarının formasını geyinib. Robben Hollandiya millisində 97 oyuna 39 qol vurub.