bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

Super Liqanın bərpa tarixi məlum oldu

06.05.2020 17:49 Oxundu 537


Türkiyə Super Liqası iyunun 12-də bərpa olunacaq.

Cempion.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir bu gün video formatında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Superliqa ilə yanaşı, I, II, III və həvəskarlar liqasının matçları iyunun 12, 13 və ya 14-də start götürəcək. Federasiya rəhbəri hazırkı şərtlər əsasında və səhiyyə naziri Fahrettin Koca ilə görüşdən sonra belə qərar qəbul etdiklərini bildirib. 

Özdəmir çempionatı 26 iyulda tamamlayacaqlarına və avqustda Çempionlar Liqasının finalını təşkil edəcəklərinə inam ifadə edib.