06.05.2020 19:25
524

"Mançester Siti" yarımmüdafiəçisi Kevin De Bruyenin müqaviləsini uzatmaq istəyir.
Cempion.az "Daily Mail"ə İstinadən xəbər verir ki, "şəhərlilər" illik 19,7 milyon avro maaş alan belçikalı futbolçunun qazancını artırmağa hazırdır.
28 yaşlı oyunçununmüqaviləsi 2023-cü ilin yayında başa çatır. O, klubun UEFA-dan 2 illik cəza aldığı üçün ayrılmaq barədə düşündüyünü açıqlamışdı.
Qeyd edək ki, "Mançester Siti" "Genk"in yetirməsini 2015-ci ildə "Volfsburq"dan 76 milyon avroya transfer edib. De Bruynebu mövsüm Premyer Liqada 26 oyunda 8 qol vurub, 16 assist edib.