cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

"Kamp Nou"nun adı dəyişdirilir

06.05.2020 20:26 Oxundu 512

"Barselona" koronavirus pandemiyası ilə əlaqədar ortaya çıxan iqtisadi böhran dövründə gəlir əldə etməyin yollarını axtarır.

Bir neçə həftə əvvəl, "Barselona"nın bir il müddətinə "Kamp Nou" stadionunun adını dəyişməyə hazır olduğu və sponsorluqdan əldə olunacaq gəlirin koronavirusla mübarizə məqsədilə istifadə edilcəyinə dair məlumat yayılmışdı.

Cempion.az ESPN nəşrinə istinadən xəbər verir ki, "Kamp Nou"nun ad haqlarının satılması daha uzun periodu əhatə edə bilər. Katalon klubunun vitse-prezident Jordi Kardonera açıqlamasında qeyd edib:

"Razılaşmaya daha 25 il əlavə etmək mümkündü. İlk il əldə olunacaq gəlirlər koronavirusla mübarizə üçün istifadə ediləcək. Qalan 25 ilin qazancı isə klubun ehtiyaclarına xərclənəcək".