cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Çempionlar Liqasının təxmini təqvimi açıqlandı

07.05.2020 10:08 Oxundu 565


UEFA Avropanın aparıcı klublarının rəhbərləri ilə qeyri-rəsmi videokonfrans keçirib.

Cempion.az xəbər verir ki, tədbirdə koronavirus pandemiyası səbəbindən yarımçıq qalan avrokubok mövsümünün taleyi müzakirə olunub.

Yarışın avqustda bərpa olunmasını istəyən qurum oyunlar üçün təxmini təqvim tərtib edib.

Çempionlar Liqası

1/8 final – 7/8 avqust
1/4 final - 11/12 və 14/15 avqust
1/2 final – 18/19 və 21/22 avqust
Final – 29 avqust (İstanbul, Türkiyə)

Avropa Liqası

1/8 final – 2-3 və 6 avqust
1/4 final – 10 və 13 avqust
1/2 final – 17 və 20 avqust
Final – 26 və ya 27 avqust (Qdansk, Polşa)