bazar, 18 may 2025

DÜNYA FUTBOLU

Cənubi Koreya futbol federasiyonundan maraqlı addım

07.05.2020 11:49 Oxundu 560


Cənubi Koreya çempionatının rəhbərliyi oyunlar zamanı koronavirus infeksiyasının yayılması ilə mübarizə məqsədilə bir sıra tədbirlər tətbiq edib. 

Cempion.az "Goal" nəşrinə istinadən xəbər verir ki, oyunlar vaxtı futbolçulara bir-biriləri ilə danışmamaları tövsiyə olunub. 

Eyni zamanda tüpürmək və salamlaşmaq qadağan edilib. Məşqçilər heyəti və komanda işçiləri əlcək və maskadan yararlanmalıdırlar.  

Qeyd edək ki, fevralın 29-da başlamalı olan Cənubi Koreya çempionatı koronavirus pandemiyası üzündən təxirə salınmışdı. Mövsüm mayın 8-dən azarkeşsiz start götürəcək.