07.05.2020 13:19
560


Radamel Falkao "Qalatasaray"dan ayrılacağı ilə bağlı şaiyələrə son qoyub.
Cempion.az xəbər verir ki, kolumbiyalı ulduz bu barədə məşhur "ESPN" nəşrinə açıqlamasında danışıb.
34 yaşlı futbolçu "Qalatasaray"da qalacağını bildirib: "Türkiyədə çox xoşbəxtəm. Klubumu tərk etmək niyyətində deyiləm".
Falkao Türkiyədə əsas çətinliyinin türk dilini öyrənməyi olduğunu və komanda yoldaşı olan həmyerlisi Fernando Musleranın ona kömək etdiyini bildirib: "Türk dil çox çətin və qarışıqdı. Muslera türk dilini bildiyinə görə mənə kömək edir. Burada atmosfer əladı. Küçəyə çıxdıqda azarkeşlərin isti münasibətini görürsən".