07.05.2020 15:22
940
940

İspaniya La Liqası Almaniya Bundesliqasını mövsümün bərpası münasibətilə təbrik edib.
Cempion.az xəbər verir ki, La Liqanın "twitter" hesabının paylaşımında qeyd olunub:
"La Liqa mayın ikinci yarısında bərpa olunacağı dəqiqləşən Bundesliqanı bu münasibətlə təbrik edir".
Qeyd edək ki, Almaniya hökuməti oyunların keçirilməsinə icazə verib. Qərara görə, Bundesliqa rəhbərliyi mayın ikinci yarısında olmaq şərtilə, çempionatın bərpa ediləcəyi tarixi müəyyənləşdirmək hüququna sahibdi.
Hazırda İspaniyada La Liqanın bərpası üçün hazırlıq işləri görülür. Futbolçular koronavirus testindən keçirlər, yaxın günlərdə isə komandalar fərdi məşqlərə başlayacaqlar.