cümə, 23 may 2025

DÜNYA FUTBOLU

Ralf Ranqnikin transfer planı

07.05.2020 19:35 Oxundu 548

"Milan"ın baş məşqçi postuna əsas namizəd hesab olunan Ralf Ranqnik artıq transfer hədəflərini müəyyənləşdirib.

Cempion.az "Sport Mediaset" istinadən xəbər verir ki, Ranqnik Dayo Upamekano ("Layptsiq"), Dominik Soboslai ("Zaltsburq"), Rolando Mandraqor ("Udineze"), Mario Qötse (Dortmund "Borussiya"sı) və Luka Yoviçi ("Real") komandasında görmək istəyir.

Qeyd edək ki, alman mütəxəssisin təyinatı reallaşacağı təqdirdə, hücumçu Zlatan İbrahimoviç və texniki direktor Paolo Maldininin "Milan"dan ayrılacağı gözlənilir.