cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Edvin van der Sar maraqlı fakt açıqlayıb

07.05.2020 20:10 Oxundu 523

1999-2001 aralığında Zinəddin Zidanla "Yuventus”da komanda yoldaşı olmuş Edvin van der Sar maraqlı fakt açıqlayıb.

Cempion.az xəbər verir ki, niderlandlı veteran qolkiper "As” nəşrinə belə deyib:

"Zidan qaraqabaq idi. İngiliscə yaxşı bilmirdi. Ya fransızca danışırdı, ya da italyanca... O sadə ağ futbolkada və cins şalvarda məşqə gəlir, "Fiat” sürürdü. Ancaq digər futbolçular belə deyildi. "DolceGabbana”,  "Versace” kimi firmalardan geyinir, məşqə "Ferrari” ilə gəlirdilər...

Əlbəttə, xasiyyəti tünd olduğu üçün Zizu ara-sıra qırmızı vərəqə alırdı. Amma belə olmasaydı, o, xarizmatik Zidan olmazdı”.